“Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası maraqla qarşılanıb
Bakı, 18 mart, Abdulla Suvar, AZƏRTAC
Martın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim olunub. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib. Bu dəfə tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
AZƏRTAC xəbər verir ki, tamaşanın təqdimatından əvvəl jurnalistlərə müsahibə verən, xalq yazıçısı Elçin İlyas Əfəndiyevin sənət dünyasından söz açıb.
Bildirib ki, 2014-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunub. Yubiley tədbirləri UNESCO və TÜRKSOY tərəfindən də möhtəşəm şəkildə keçirilib. Görkəmli ədibin əsərləri tamaşaya qoyulub və ölkəmizdə elə bir teatr qalmayıb ki, onun əsərlərinə müraciət etməsin. Akademik Milli Dram Teatrı da bu tamaşanı həmin Sərəncama uyğun olaraq hazırlayıb. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov uzun illər İlyas Əfəndiyevlə birlikdə işləyib və onun yaradıcılığına yaxından bələd olan bir sənətkardır. Bu səbəbdən də teatr əsərin yeni quruluşda hazırlanmasını ona həvalə edib.
Hələ tamaşaya baxmadığını deyən xalq yazıçısı Elçin, böyük səbirsizlikdə səhnə əsərinin premyerasını gözlədiyini bildirib: “Bilirsiniz “Mənim günahım” İlyas Əfəndiyevin əsərləri içərisində seçilən bir pyesdir. Düşünürəm ki, bu səhnə əsəri tamaşaçıların da marağına səbəb olacaq. Əsərdə rol almış istedadlı aktyor seçimi də bunu deməyə əsas verir”.
Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov deyib ki, bu gün mənim üçün böyük bayramdır. Ona görə ki, İlyas Əfəndiyevin 10-cu əsərinə quruluş verirəm. Bunlardan səkkizi ədibin sağlığında, ikisi isə vəfatından sonra baş verib. Bu əsər balerinanın taleyindən bəhs edir.
Rejissor deyib ki, əsəri yeni quruluşda təqdim edərkən pyesdəki bütün gerçəkliklərin tamaşaçıya çatdırılmasına çalışıb.
Sonra tamaşa təqdim edilib.
Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan əsərdə əsas rolları xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Əsgər Məmmədoğlu, Hicran Nəsirova aktyorlar Günel İmanova, Rüstəm Rüstəmov, Ləman İmanova və başqaları canlandırıblar.
İki hissəli dramatik, etiraf dolu tamaşa böyük maraqla qarşılanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05