[ 18 Mart 2015 21:30 ]


Bakı-APA. Almaniyanın Frankfurt şəhərində baş verən iğtişaşlar nəticəsində 100 etirazçı və 94 asayiş keşikçisi xəsarət alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Avropa Mərkəzi Bankının yeni açılmış ofisi qarşısındakı etiraz aksiyasında 3 500 nəfər iştirak edir.

 

Etirazçılar  7 polis maşını və ətrafdakı bir neçə ticarət obyektləri yandırılıblar. Aksiyanın hazırda davam etdiyi bildirilir. Etirazçılar əllərində “İnsanlar banklardan əhəmiyyətlidir” şüarı yazılan plakatları tutublar.