Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı daha bir sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, sərəncama əsasən, Taleh Məhəmməd oğlu Ziyadov “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.

Qeyd edək ki, prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Mənbə
ANS PRESS