Millət vəkili qeyd edib ki, Azərbaycan vətəndaşları onların ölkəsinin siyasi-iqtisadi inkişaf modelinin öyrənilməsindən, təcrübəsinin paylaşılmasından qürur hissi keçirir: “Elə Pakistan Prezidentinin Azərbaycana səfəri, bir neçə gün ərzində xalqımızın mədəniyyətilə, dövlətimizin nailiyyətlərilə, yaradılmış sənaye infrastrukturları ilə tanış olması buna bariz numünədir. Nəzərə almaq lazımdır ki, Pakistan dünyada mövcud olan bir neçə nüvə silahına malik ölkələrdən biridir. Azərbaycanın strateji tərəfdaşı olmaqla Ermənistanın müstəqilliyini tanımayan güclü dövlətdir. Amma buna baxmayaraq, Pakistan kimi ayrı-ayrı şanlı tarixi olan ölkələr Azərbaycanla təcrübə mübadiləsi aparır. Bunların arasında hətta Avropa ölkələri də vardır”.
Sədaqət Vəliyeva qeyd edib ki, kimlərinsə “mitinqləri”, çağırışları və qarayaxma kampaniyası heç bir nəticə verməyəcək, "Avroviziya" mahnı müsabiqəsi kimi I Avropa Oyunları dünyaya səs salacaq, Azərbaycanın gücünü və qüdrətini bir daha görmüş olacaq.
Milli.Az