[ 18 Mart 2015 17:54 ]


Bakı – APA. Rusiya ilə qondarma Cənubi Osetiya Respublikası arasında müttəfiqlik və inteqrasiya haqqında saziş imzalanıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sənədə Rusiya prezidenti Vladimir Putinlə Cənubi Osetiya lideri Leonid Tibilov imza atıblar.

 

İmzalanma mərasimindən öncə Putinlə Tibilov Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.