Sierra Leone-də həbsxanaya düşmək "ölməkdən betər" kimi qəbul edilir.

ANS PRESS-in məlumatına görə, Qərbi Afrikada yerləşən Sierra Leone Respublikası kiçik bir ölkədir.

Bu ölkənin ən azğın məhkumları tək bir həbsxanada saxlanılır. Burada böyük cinayət törədənlərdən kiçik cinayətlər törədənlərə qədər bütün məhkumlar eyni yerdə yatır.

Aralarında qatillərin də olduğu mərkəzi həbsxanada ümumi 1100 məhkum var. Həbsxanada məhkumlar balıq kimi üst-üstə qalırlar.

Bu həbsxanada, işgəncə, zorakılıq və təcavüzün qarşısını almaq mümkün deyil. Bu qorxunc həbsxananın içindən fotolar çəkən Fernando Moleres ölkənin həbsxana sistemini gözlər önünə sərib.

Qeyd edək ki, Moleresin bu fəaliyyəti "Luis Valtuena Beynəlxalq Humanitar Fotoqraf" mükafatına layiq görülüb.







































Mənbə
ANS PRESS