[ 18 Mart 2015 14:50 ]



Bakı. Cavid Zeynallı - APA. “Dünyanın Ən Radio” proqramının Bakıda yayımlanması ilə bağlı mətbuat konfransı keçiriləcək.

 

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanın APA-ya verdiyi məlumata görə, canlı yayımlar üçün “TRT Radio”dan texniki heyət və məşhur simalar Bakıya gəliblər.

 

İTV və TRT FM Martın 19-da Bakı vaxtı ilə saat 21.00-24.00 arası 3 saatlıq canlı yayım reallaşdıracaq.

 

Təmsilçilikdən bildiriblər ki, mətbuat konfransına Azərbaycanın “Novruz 2015”  siması seçilən Elnarə Xəlilova, “Eurovision-2011” yarışmasının birincisi Eldar Qasımov və “Eurovision-2012”nin Azərbaycan təmsilçisi Səbinə Babayeva da dəvətlidirlər.