Rusiyada qətlə görə axtarışda olan Gürcüstan vətəndaşı Azərbaycanda tutulub
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada axtarışda Gürcüstan vətəndaşı Şərəfxan Səmədov tutulub.

Qeyd edək ki, Ş.Səmədov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 222-ci (qanunsuz olaraq odlu silah daşıma) maddələri ilə axtarış elan edilib.

Milli.Az