Ekologiya və Təbii Sərvətlər Nazirliyi Novruz bayramı günündə gözlənilən ilkin hava proqnozunu açıqlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, martın 20-də ölkə ərazisində havanın arabir yağıntılı olacağı gözlənilir. Dağıq və dağətəyi rayonlara sulu qar, qar yağacağı ehtimal edilir. Həmin gün güclü küləyin əsməsi gözlənilmir.