"Vücudumun formasından və durumundan razıyam. Hamiləyəm və bununla fəxr edirəm. Məhz belə".

Məşhur amerikalı aktrisa və model, 35 yaşlı Ceymi Kinq İnstagram-dakı profilində yarıçılpaq fotolarını yayıb.
 
Milli.Az bildirir ki, Ceymi yazıb: "Bu da mənim vücudum. Ceyms Nayt Nyumanın bacısı bətnimdədir.

Onu səbirsizliklə gözləyirik. Fotoları yaymağımın səbəbi isə hamilə xanımları yersiz utancaqlıqdan qurtarmaqdır. Hamiləlik gözəldir. Bunu dəqiq bilin".
 
Milli.Az