İsraildə parlament seçkiləri: Binyamin Netanyahu qələbəsini bayram edir
Bakı, 18 mart, AZƏRTAC
İsrailin Baş naziri Binyamin Netanyahunun “Likud” partiyası knessetdə İsahq Hersoqun “Sionist düşərgəsi”ndən 6 yer çox ala bilər. Bu barədə martın 17-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri əsasında Haaretz qəzeti məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl ekzit-pollun məlumatına əsasən “Likud”la “Sionist düşərgəsi”nin hər birinin parlamentdə eyni sayda – 27 yer alacaqları deyilirdi.
Mərkəzi Seçki Komissiyası indiyədək bülletenlərin 99,5 faizinin hesablandığını bildirir. Hazırkı nəticələrə görə Netanyahunun partiyası parlamentdə 29 yer qazanaraq 24 yerə malik Hersoqun tərəfdarlarını qabaqlayıb. Onların ardınca Birləşmiş Ərəb Partiyası (14 yer), “Eş Atid” (11 yer), “Kulanu” (10 yer), “Yəhudi evi” (8 yer), ŞAS hərəkatı (7 yer), “Tövrat qoruyucuları hərəkatı” (7 yer) gəlir. Aviqdor Libermanın başçılıq etdiyi rusdilli yəhudilərin “İsrail bizim evimizdir” partiyası səslərin 6 faizini ala bilib.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən seçkilərdə seçicilərin 71,8 faizi iştirak edib ki, bu da son on illərin rekord göstəricisidir.
Seçkilərin yekun nəticəsi martın 25-də parlamentin rəsmi jurnalında dərc olunmalıdır. İsrailin prezidenti Reuven Rivlin knessetə seçilən partiya nümayəndələri ilə məsləhətləşmədən sonra deputatlardan birinə yeni hökuməti formalaşdırmağı həvalə edəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10