Qazax, 18 mart, AZƏRTAC
IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Qazax rayonunda ağac əkini kampaniyası davam edir.
AZƏRTAC xəbər verir ki, martın 18-də keçirilən iməcilikdə 1600 ədəd Eldar şamı, Sərv və müxtəlif növ meyvə ağacları əkilib.
Aprel ayının sonunadək davam edəcək kampaniya çərçivəsində artıq 7 min 600 ədəd ağac əkilib.