Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkir sakini Ayaz Namazov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən arxada eyni istiqamətdə yol alan Məmməd Vəliyev idarə etdiyi "Ford" markalı avtomobillə “VAZ”ı vurub.
Nəticədə Ayaz Namazova məxsus “VAZ 2106” yolun hərəkət hissəsindən çıxaraq aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, amma hər iki avromobilə ciddi ziyan dəyib. Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının ərazi üzrə inspektorları qəzanın səbəblərini araşdırırlar.
Milli.Az