Avropanın üzləşdiyi ciddi iki problem
ANS PRESS-in məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclasla bağlı AZƏRTAC-a açıqlama verib.
Onun sözlərinə görə, gündəlikdə əsasən iki məsələ olub - birincisi, Avropada irqçilik və Avropa vətəndaşlarının müxtəlif münaqişələrdə, xüsusilə İraqda və Suriyadakı münaqişələrdə iştirakı, ikincisi, Ukrayna və Rusiya münasibətləri. Hər iki məsələ bu gün Avropa üçün çox ciddi problemə çevrilib. Qeyri-sabitlik, tolerantlığın mövcud olmaması, insanlara qarşı rəftarın tamamilə dəyişməsi kimi məsələlər avropalıları ciddi şəkildə narahat etməyə başlayıb. Dünyada terrorizm halları getdikcə artır və buna qarşı mübarizə üsulları təəssüf ki, Avropanın özündə hələ tam həllini tapmayıb və yaranmış vəziyyət avropalıları ciddi düşünməyə vadar edir.
S.Seyidov bildirib ki, Ukrayna və Rusiya arasında mövcud vəziyyətlə bağlı məsələyə gəldikdə isə bu mövzu AŞPA-nın yaz sessiyasında yenidən müzakirə olunacaq. Əlbəttə, bütün bunlar Avropada gedən proseslərə öz təsirini göstərir.
Nümayəndə heyətinin rəhbəri deyib ki, iclasda Azərbaycanla bağlı hər hansı məsələ müzakirə olunmadı. Buna baxmayaraq ölkəmizin hər iki məsələ ilə bağlı mövqeyi bildirildi. Avropada bu günə qədər Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi təcrübədən istifadə olunmaması təəssüf hissi ilə qeyd edildi. Diqqətə çatdırıldı ki, Azərbaycanın bu istiqamətdə gördüyü işlər Avropada mövcud problemlərin həllinə müəyyən kömək göstərə bilər. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04