[ 17 Mart 2015 23:20 ]
Bakı-APA. Saatlıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Potubəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli qamışdan ibarət evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.