Fillipinli rəqibi Con Moralde ilə görüşən avstraliyalı boksçu Breydon Smit məğlubiyyətdən sonra dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, WBC Asian Boxing Council titulu uğrunda ən yüngül çəki dərəcəsində keçirilən 10-raundluq görüş hakimlərin rəyi ilə fillipinli boksçunun xeyrinə bitib.

Rəqibini təbrik edəndən sonra soyunma otağına gedən Smit oradaca huşunu itirib.

Boksçu xəstəxanaya qaldırılaraq sistemə birləşdirilib, lakin beyin qanaxması səbəbindən 2 gün sonra dünyasını dəyişib.

Bu görüşədək Smit 12 görüş keçirib və hamısında qalib gəlmişdi. Bu onun ilk məğlubiyyəti olub.

Mənbə
ANS PRESS