International Data Corporation (IDC) tədqiqat şirkətinin analitikləri videokonfransların təşkili üçün korporativ avadanlıq bazarında yüksəliş qeydə alıblar. Cisco bu məhsulun ən böyük istehsalçısı olaraq qalır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ilin oktyabr-dekabr ayları ərzində analitiklərin qiymətləndirməsinə görə, şirkətlərin ehtiyacları üçün videoavadanlıqların satış həcmi 613 milyon dollar təşkil edib ki, bu da ötən rüblə müqayisədə 15,8 faiz daha yüksəkdir.
 
2014-cü ilin nəticəsinə görə, sözügedən bazarda şirkətlərin gəliri 6,8 faiz azalıb və üçüncü il ardıcıl belədir. Bu mənfi dinamika bazar dəyişikliklərini əks etdirir.
 
Milli.Az