Gəncə, 17 mart, AZƏRTAC
Şəhər əhalisinin bayram günlərində ərzaq və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə martın 17-dən etibarən satış-yarmarkası fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, alıcılara kənd təsərrüfatı məhsulları ilə yanaşı, müxtəlif ərzaq malları da təklif olunur. Şəhər sakinləri yarmarkaya çıxarılmış məhsulların bazar qiymətlərindən xeyli ucuz olmasından və keyfiyyətindən razılıq edirlər.
Yarmarka martın 20-dək davam edəcək.