[ 17 Mart 2015 18:09 ]


Baş bankir kommersiya banklarına valyuta ehtiyatlarını restrukturizasiya etməyi tövsiyyə edib

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə fəaliyyət göstərən kommersiya banklarına valyuta ehtiyatlarını restrukturizasiya etməyi tövsiyyə edib.

 

APA-Economics”in məlumatına görə, E. Rüstəmov bu barədə Milli MəclisNazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deyib.

 

AMB rəhbəri banklara kreditlərin vaxtının uzatmağı və faiz dərəcələrini aşağı salmağı məsləhət görüb.