Artıq bir neçə aydır ki, maaşlarını almayan “Bakı” klubunun futbolçuları bu gün bir aylıq əmək haqqlarını alıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ”la oyundan öncə oyunçulara verdiyi sözə gec də olsa, əməl edib.
 
“Zolaqlılar” sabah Topaz Premyer Liqasının 26-cı turunda “Simurq”la üz-üzə gələcəklər. Bu gün “Bakı”nın bazasına yığışan oyunçular pullarını almayacaqları halda məşqlərə qatılmayacaqlarını və sabahkı matçda meydana çıxmayacaqlarını bildiriblər. Nəticədə AFFA onlara maaşlarını ödəmək məcburiyyətində qalıb.

Milli.Az