Sumqayıtda “Hər evə qədər optika” layihəsi uğurla reallaşdırılır
Bir neçə gün öncə Rabitə və yüksək texnologiyalar nazirinin 1-ci müavini İltimas Məmmədovla görüşən, sözügedən layihəni reallaşdıran Yaponiyanın “Fujikura” şirkətinin nümayəndələri- Orta Şərq üzrə Baş direktoru HidetoOtsuka, texniki direktor Hiroşi Takada və region nümayəndələri Xalid Cavadov, Sebahaddin Uğur daha sonra Sumqayıt Telekommunikasiya Qovşağında olublar.
Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov layihənin tətbiqi və səmərəli nəticələrindən danışaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom”İB-nin dəstəyi ilə rabitə şəbəkəsinin daha da modernləşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçiriləcəyini dedi. Şirkət nümayəndələri öz növbəsində bu layihənin daha da genişləndirilməsi istiqamətində verilən təkliflərə uyğun layihələrin yüksək səviyyədə reallaşacağını əminliklə bildirdilər. Şirkətin regional müdiri Xalid Cavadov bildirib ki, hazırda bütün öndə gedən ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə GPON texnologiyası əsasında qurulur.
“Bu zaman müştərilərin sürətli internet şəbəkəsinə, IPTV, VoD, videooyunlar, interaktiv oyunlara, IP telefon və s. kimi multimedia xidmətlərinə yüksək sürətlə qoşulmalarına zəmanət verilir. Yeni texnologiyanın tətbiqi ilə istifadəçilərə yüksəksürətli internet xidməti, telefon, televiziya və digər xidmətlərin verilməsi təmin edilib.Layihənin həyata keçirilməsi nəticəsində hər bir mənzilə çəkilən optik kabellə telefon rabitəsi ilə yanaşı,genişzolaqlı internet xidmətləri, IP TV və bütün multimedia xidmətlərinin göstərilməsi mümkündür”.
Qeyd edək ki, şəhər rabitəsinin müasir texnologiya ilə qurulması ilə yanaşı,stansiyalararası birləşdirici xətlərin optik kabellərlə əvəzlənməsi bütün strukturların ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə şərait yaradıb. Bundan başqa Sumqayıt TKQ-nin inzibati binası ən müasir tələblər səviyyəsində tamamilə yenidən qurulub. Hazırda Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən 62 mindən çox abunəçiyə rabitə xidməti göstərilir. Yaxın vaxtlarda şəhərin Şirvan, Dəmir Yolu, Tuğ Zavod,Yaşıl dərə Novxanı bağları, Stansiya Sumqayıt qəsəbələrində ONU avadanlıqları qurulacaq. Bütün stansiyalar üzrə ADSL portlarının 20 min artırılması planlaşdırılır. Yeri gəlmişkən, qeyd edək ki, Sumqayıt TKQ “Aztelekom”İB-nin ADSL abunəçilərinin sayına və inkişaf sürətinə görə birinci qovşaqdır.
Rəvan SOLTANOV
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35