Bakı, 17 mart, AZƏRTAC
Bu gün Bakının Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmədən Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.