İstanbul, 17 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Martın 17-də nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib. Azərbaycan xalqının ümummilli liderinin parkdakı heykəli önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Türkiyənin ədliyyə naziri Kenan İpeklə görüş keçirilib.
Səfər davam edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul