Lakin bu, messencerdən dünyada bir milyard nəfərin istifadə etməsi kimi başa düşülməməlidir. Əlavənin real istifadəçi bazası hər gün 30 milyard məlumat göndərən 700 milyon istifadəçi təşkil edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, əlavənin inkişafında növbəti uğur aktiv istifadəçi sayının 1 milyarda çatdırılması olacaq. Şirkət nümayəndələri ümid edirlər ki, bu göstəriciyə bir il ərzində nail olunacaq.
WhatsApp dünyada ən populyar messencerlərdən biridir. Servis 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılıb. 2014-cü ilin fevralında şirkəti Facebook sosial şəbəkəsi 19 milyon dollara satın alıb.
Milli.Az