Jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün kurslar keçirilir
Bakı, 17 mart, AZƏRTAC
"Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi martın 17-də jurnalistlər, bloggerlər və İKT-ilə maraqlanan tələbələr üçün "Elektron hökumət" üzrə ikigünlük ixtisasartırma kurslarına başlayib.
Məqsəd Elektron hökumət quruculuğu, elektron imza, elektron sənəd və informasiya cəmiyyəti barədə yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək və bu sahə üzrə maarifləndirmə işlərinə təkan verməkdir. Kurslar Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri, həmçinin İKT sahasəsində tanınmış ekspertlər tərəfindən keçirilir.
AZƏRTAC xəbər verir ki, kursların ilk günü Elektron hökumətin hüquqi əsasları, inkişaf mərhələləri, gələcək perspektivlər, Elektron hökumətin infrastrukturu, portalın təqdim etdiyi elektron xidmətlər, Dövlət Reyestrləri, açıq məlumatlar və sair mövzular haqqında iştirakçılara ətraflı məlumat verilib.
İkinci gün Elektron hökumətin informasiya və şəbəkə təhlükəsizliyi, fərdi məlumatların mühafizəsi, kiber-cinayətkarlığa qarşı mübarizə, elektron imza və yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti, əhəmiyyəti və sair mövzular üzrə iştirakçılara geniş informasiya veriləcək.
Kurslar başa çatdıqdan sonra iştirakçılara elektron imza kartları və xüsusi sertifikatlar təqdim ediləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10