Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İlkin İzzət/
Naməlum şəxs ödəniş əvəzi Nazim İbrahimova 7 yüz manatlıq saxta əskinas verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari il fevral ayının 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən bazarda naməlum şəxs Mülkülü kənd sakini Nazim İbrahimovdan 1 baş inək alıb və ödəniş kimi əvəzində ona 14 ədəd eyni nömrəli 50 manatlıq saxta əskinas verib.
Faktla əlaqədar Tovuz rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az