Bakıdakı məşhur “Qanlı göl”də insident olub. Dünən saat 14 radələrində Yasamal rayonunda, “Qanlı göl”ün yaxınlığındakı sökülən ərazidə yaşayan 47 yaşlı Məmməd Hüseynov əvvəllər həmin ərazidə məskunlaşmış 43 yaşlı Həsənağa Hümmətov tərəfindən döyülüb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsində araşdırma aparılır. Bölmədən Milli.Az-a hadisənin səbəbləri barədə açıqlama vermədilər.

Anar Məmmədov
Milli.Az