Bakı, 17 mart, AZƏRTAC 
Azərbaycan sübut etdi ki, neftin ucuzlaşması onun həyata keçirdiyi iqtisadi siyasətə mane olmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Nazir bildirib ki, bəzi ölkələrdə baş verən böhran bir daha göstərdi ki, hamı neftdən asılılığı azaltmalıdır. Azərbaycan da buna uyğun addım atır.