Ermənilər Ağdam rayonunun təmas xəttinə yaxın yerləşən 3 kəndinin sakinlərinin dünyasını dəyişən qohumlarının məzarlarını ziyarət etməsinə imkan vermirlər. Milli.Az EL TV-yə istinadən bildirir ki, Ağdamın Mirəşelli, Orta Qərvənd və işğal altında olan Baş Qərvənd kəndlərinin ümumi qəbristanlığı ilə erməni hərbçilərinin mövqe tutduğu postların arasındakı məsafə 500 metrə yaxındır. Bu səbəbdən də sakinlər dünyasını dəyişən doğmalarının qəbirlərini bayramqabağı ziyarət etmək üçün çətinlik çəkirlər.

Sakinlər bildirirlər ki, qəbristanlığın erməni postlarına daha yaxın olan hissəsində yerləşən məzarları ümumiyyətlə ziyarət etmək mümkün deyil. Həmin qəbirlər erməni snayperlərinin nişangahına çevrilib.

Milli.Az