Vətəndaşlar subsidiyalar haqda məlumatları elektron formada əldə edəcəklər
E-hökumətin üstün cəhətlərindən biri olaraq vətəndaş-məmur ünsiyyəti minimuma endirilərək süründürməçilik və yubanma kimi proseslərin qarşısının tamamilə alınmasına nail olunub.
Kənd Təsərrüfatı Nazirliyi (KTN) də göstərdiyi xidmətləri elektronlaşdıraraq Açıq Hökumət layihəsinə uyğun olaraq vətəndaşlarla ünsiyyəti internet üzərindən qurur. Nazirlik verdiyi qərarlarla bağlı informasiyaları rəsmi internet səhifəsində yerləşdirməklə yanaşı, subsidiyalar barəsində olan bütün məlumatları portal vasitəsi ilə vətəndaşlara təqdim edir.
KTN-dən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, nazirlikdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. İclasda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub. 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda və çəltik səpininə görə yardım verilir. Bu məqsədlə 2015-ci ildə də dövlət büdcəsində vəsait nəzərdə tutulub.
Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi ilə bağlı 58 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb.
Respublika Komissiyası 58 rayon (şəhər) komissiyası üzrə 129063 istehsalçıya 426277, 44 hektar buğda və çəltik səpininə görə 17051097, 60 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edilib.
Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
SEYMUR
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10