[ 17 Mart 2015 10:57 ]
Bakı. Fuad Cəfərov – APA. Bakıda itkin düşən şəxs tapılaraq ailəsinə təhvil verilib.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu il yanvarın 26-da saat 08 radələrində Yasamal rayonunda qeydiyyatda olduğu ünvandan naməlum istiqamətə gedərək itkin düşən 1997-ci il təvəllüdlü Elnurə Mehdizadə tapılıb və ailə üzvlərinə təhvil verilib.