İran-ABŞ münasibətlərinin liberallaşması Azərbaycvan-İran münasibətlərinə müsbət təsiri ola bilər.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində deyib.

O, ABŞ-İran danışıqlarının regional təsirləri, Azərbaycan-İran münasibətlərindəkı yeniliklər və İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi sahəsinə gətirəcəyi yeni münasibətlərdən danışıb.

V.Quluzadə bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşmasının bizə yalnız müsbət təsirləri ola bilər. Burada mənfi təsir ola bilməz: "Azərbaycan qərbyönümlü dövlətdir. Azərbaycanın iqtisadiyyatı, neft sənayesi, neft biznesi, kommunikasiyaları, bunların hamsısı Amerika ilə əlaqədədir. Ona görə də İran da gəlib bunların hamısında iştirak edə bilər."

Politoloq vurğulayıb ki, Amerika ilə yaxşı əlaqələri olan Azərbaycan da, İran da yalnız bundan bəhrələnə bilər. Mən Azərbaycan üçün burada heç bir təhlükə görə bilmirəm. "Amerika İranla yaxınlaşdı Azərbaycana ehtiyacı olmayacaq" kimi düşünmək doğru deyil və belə fikirlərin əsası yoxdur.
Mənbə
ANS PRESS