"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində o, Ermənistan prezidenti Serj Sarqsyan və baş nazir Ovik Abramyanla görüşəcək.
Y.Hanın Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü və birgə mətbuat konfransı da nəzərdə tutulub.
Avropalı komissar "Avronest" Parlament Assambleyasının İrəvanda keçirilən IV toplantısında çıxışı da gözlənilir.
Xatrladaq ki, Yohannes Han aprel ayında Azərbaycana səfər edəcək.