Qazaxıstan prezident Nursultan Nazarbayev ölkəsinin Azərbaycan Respublikasına yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib.

ANS PRESS-in Dövlət başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, Beybit İsabayevdir.

Beybit İsabayev 1962-ci ildə Qazaxıstanın Alma Ata şəhərində dünyaya gəlib. 1985-ci ildə Qazaxıstan Dövlət Universitetini bitirib.

İsabayev bundan əvvəl Qazaxıstanın Pakistan İslam respublikası, Türkiyə Cümhuriyyəti, Albaniya və Qırğızıstan Respublikasındakı səfiri vəzifələrində işləyib.

Mənbə
ANS PRESS