Murmansk vilayətinin Severomorsk şəhərində “Ailə ənənələri” milli mədəniyyət festivalı başlanır
Murmansk, 16 mart, AZƏRTAC
Martın 25-dən aprelin 18-dək Rusiya Federsiyasının Murmansk vilayətinin Severomorsk şəhərində “Ailə ənənələri” milli mədəniyyət festivalı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ictimai təşkilatının Murmansk regional şöbəsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov məlumat verib.
Festivalın keçirilməsindən məqsəd ailəni birləşdirən yaxşı, xeyirxah ənənələr kolleksiyası toplamaqdan ibarətdir. Festival bir neçə nominasiya üzrə keçirilir. “Milli mətbəx yeməkləri” nominasiyasında iştirakçılar hazırlanmış milli yeməyi təqdim edəcək, bu yeməklə bağlı milli ənənələrdən, həmin ailədə onun necə hazırlanmasından bəhs edəcəklər.
“Ailə albomu” nominasiyasında iştirakçılar öz ailələrindən söhbət açacaqlar. Bu söhbət fotoşəkillərin, videoyazıların, məktubların, ailə üzvlərinin yaradıcılıq işlərinin, evdə saxlanılan qədim məişət əşyalarının, nəsildən-nəsilə ötürülən ailə ənənələrinin, milli geyimin və ya onun ayrı-ayrı hissələrinin nümayişi ilə müşayiət olunacaq.
“Milli ənənələr və mərasimlər” nominasiyasında milli mərasimlər, rəqslər nümayiş etdiriləcək, milli dildə folklor əsərləri ifa olunacaqdır. “Genealoji ağac” nominasiyasında festival iştirakçılarına öz nəsil şəcərəsini qrafika, rəngkarlıq, komiks, kollaj, tikmə, mozaika və s. janrlarda təqdim etmək təklif olunur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10