Türkiyə Respublikasının prezidenti Abdulla Gül sabah Bakıda orta məktəbin açılışında iştirak edəcək.

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir məktəbin harada yerləşməsi və necə tikilməsi barədə məlumat verməyib. O, bildirib ki, bu cür məsələlər prezidentin protokoluna daxildir.