AZƏRTAC xəbər verir ki, fotosalon Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) tələblərinə uyğun şəkildə və onun himayəsi ilə keçirilib. Fotomüsabiqəyə dünyanın müxtəlif ölkələrindən 215 fotoqrafın işi təqdim olunub. İran, Avstriya və Macarıstandan olan peşəkar fotoqraf və fotoredaktorlardan ibarət münsiflər heyəti çoxsaylı işlər arasından fotosalonun final mərhələsi üçün 27 ölkədən 69 fotoqrafın 105 işini seçib. İ.Cəfərovun “Təmizlik işləri” (“Cleaning”) fotoşəkli fotosalonun qızıl medalına layiq görülüb. Fotoşəkil 2012-ci ilin martında “Fairmont Baku” otelinin ərazisində çəkilib.
Milli.Az
Milli.Az