Bakı, 16 mart, AZƏRTAC
Bakı Uşaq Teatrı “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Ağsu rayonunun Gəgəli kəndində ilaxır çərşənbə günlərində keçirəcəyi I Beynəlxalq tərəkəmə çərşənbəsi folklor festivalında iştirak edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın kollektivi festivala Novruz bayramının qəhrəmanları ilə qatılacaq.