İsrail: növbədənkənar seçkilər siyasi sürprizlər vəd edir
Bakı, 16 mart, AZƏRTAC
İsrail martın 17-nə təyin edilmiş növbədənkənar seçkilərə hazırlığı tamamlayır. Sonuncu seçkiqabağı kampaniya Binyamin Netanyahunun başçılıq etdiyi hakim “Likud” partiyasının dəstəyi ilə keçirilib. Bu seçkilər siyasi sürprizlər və İsrailin siyasi səhnəsində güclərin mümkün yerdəyişməsini vəd edir. Belə ki, “Likud” artıq favorit sayılmır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, son məlumatlara əsasən, “Likud” partiyası yeni knessetdə 120 yerdən 21-ni əldə edə bilər. Onun əsas rəqibi - sol mərkəzçi “Sionist düşərgəsi” bloku 26 yerə ümid edir. Bu blokda İshaq Hersoqun sol “Avoda” və Tsipi Livninin mərkəzçi “Xa-Tnua” partiyaları birləşir. Hersoq və Livni İsrailin Netanyahu dövründə həm siyasi, həm də sosial-iqtisadi sahədə tənəzzül yaşayan istiqamətini dəyişməyi vəd edirlər.
İki siyasi oyunçunun “daban-dabana” mübarizəsi fonunda populyarlıq qazanaraq hakim koalisiyanın yaradılmasında həlledici söz deyə biləcək kiçik partiyaların rolu artır. Bu seçkilərdə belə güclərdən biri əvvəllər “Likud”da yer alan Moşe Kaxlonun başçılıq etdiyi “Kulyanu” partiyasıdır. Netanyahu ona dəstək verəcəyi təqdirdə Kaxlona maliyyə naziri kürsüsünü vəd edib.
Ümumilikdə isə müşahidəçilər bu seçkiləri son illərin ən qəribə və qəliz seçkilər adlandırırlar. Belə ki, yaranmış siyasi qarşıdurmada milli sionizm ideyalarına qarşı sülh naminə siyasi və ərazi güzəştlərinə hazır olan liberalizm mübarizə aparır. İsrail KİV-lərinin yazdıqlarına görə, kampaniyanın özü aqressivliyi və kompromat savaşı ilə seçilir. Bu savaşın qurbanlarından biri son sorğunun nəticələrinə görə mövqeləri ciddi surətdə zəifləyən Aviqdor Libermanın “Bizim ev” partiyasıdır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10