Fransa Liqasının 29-cu turunda “Bordo”ya səfərdə 3:2 hesabı ilə məğlub olduğu oyundan sonra PSJ-nin hücumçusu Zlatan İbrahimoviç əsəblərini cilovlaya bilməyib.

ANS PRESS-in məlumatına görə, isveçli futbolçu soyunub-geyinmə otağına gedərkən hakimlərə öz iradını bildirib. Zlatan İbrahimoviç ədalət təmsilçilərinin oyunda ciddi səhvlərə yol verdiyini deyib:

“15 illik karyeramda belə bir hakim görmədim. Belə də oyun idarə edərlər? “Bordo”yla oyunda hakimlər haqqımızı yedilər. Əslində qalib gələcəyimiz oyunda sonda məğlub olduq. Belə çıxır ki, hakimlər də PSJ-nin çempion olmasını istəmir”.

Mənbə
ANS PRESS