[ 16 Mart 2015 18:30 ]
Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda narkotik vasitələrin alqı-satqısı və saxlanılması ilə məşğul olan 3 nəfər tutulub.
APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik satışı ilə məşğul olan Göyçay şəhər sakinləri - 1975-ci il təvəllüdlü İbrahimov Vasif Oruc oğlu, 1986-cı il təvəllüdlü Həsənov Nicat Zahir oğlu və Ləkçiplaq kənd sakini İbrahimov Ayaz Əlisurət oğlu tutulub. Onlardan ümumi çəkisi 417.97 qram olan qurudulmuş marixuana götürülüb.
Hər üç şəxs barəsində cinayət işi açılıb, araşdırma aparılır.