“Azercell” “SABAH” layihəsinə dəstək verir
Bakı, 16 mart, AZƏRTAC
“Azercell” Telekom Təhsil Nazirliyinin həyata keçirdiyi “SABAH” layihəsinə dəstək verir.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, bu layihə çərçivəsində “Azercell” “SABAH” tələbələri üçün yay təcrübə proqramı təklif edir. Bu layihədə yer alan 5 nəfər tələbə yay təcrübə proqramına cəlb edilərək, şirkətin maliyyə, texnologiyalar, marketinq ünsiyyət vasitələri və strateji partnyorluq və müştəri kanalları departamentlərində təcrübə keçmək imkanı əldə edəcəklər. Bundan əlavə, eyni zamanda, “Azercell” “SABAH” layihəsi tələbələri üçün müxtəlif təqdimatlar, görüşlər keçirir. Artıq bu təqdimatlardan ikisi baş tutub. Ötən həftə Azərbaycan Texniki Universitetində tələbələrlə görüş keçirilib.
Mühazirəçi qismində “Azercell”in təmsilçisi Kamran Ağayev “Oracle Cerified Master imtahanına gedən yol” mövzusunda tələbələrlə öz fikirlərini bölüşüb. Görüşün təşkilində əsas məqsəd tələbələrdə Oracle sisteminə maraq oyatmaq, onlara gələcək hədəflərini düzgün müəyyənləşdirməkdə kömək etmək, müvafiq biliklər qazanmaqda yardımçı olmaq idi. O cümlədən, bu işdə praktiki yardım göstərmək üçün azərbaycanlı mütəxəssislərin öz təcrübəsini gənclərlə paylaşmasına şərait yaratmaqdır.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “SABAH” layihəsi ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.
Ətraflı məlumatı news@mcs.az ünvanından əldə etmək olar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10