Bir qədər əvvəl 40 milyon dollara ayaqlarını sığortaladan amerikalı müğənni Teylor Svift pişiyinin hücumuna məruz qalıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı ulduzun pişiyi onun sol budunu cırmaqlayıb. Sviftin İnstaqramdan paylaşdığı fotoya izləyiciləri “Cırmaq izləri də sığortaya daxildir?”, - deyə soruşublar.