Novruz Məmmədov: Azərbaycan və İran xalqlarının mənafeyi əlaqələrin genişləndirilməsini tələb edir
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan və İran xalqlarının mənafeyi iki ölkə arasında əlaqələrin inkişafını və genişləndirilməsini tələb edir.
AZƏRTAC Newtimes.az portalına istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İranın İRNA agentliyinə məxsusi müsahibəsində deyib.
Novruz Məmmədov bildirib ki, Azərbaycan Respublikası milli müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasətin prioritetlərindən biri İran İslam Respublikası ilə sıx dostluq və əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı olub. Azərbaycan hökuməti daim bu prinsipə sadiq qalıb və bu siyasət indi də davam etdirilir.
Novruz Məmmədov son bir ildə Azərbaycan ilə İran arasında münasibətlərin öz inkişafının yeni mərhələsinə daxil olduğunu vurğulayaraq deyib: “Bu mühüm proses gözlənilən idi, çünki iki ölkə xalqlarının mənafeyi əlaqələrin daha da genişləndirilməsini tələb edir”.
Prezident Administrasiyası rəhbərinin müavini Azərbaycan ilə İran arasında müştərək tarixi, mədəni, dini və mənəvi xüsusiyyətlərin mövcudluğundan bəhs edərək bildirib: “Son bir ildə iki ölkə prezidentlərinin bir neçə görüşü nəticəsində tərəflər arasında əlaqələrin genişləndiyini müşahidə edirik. Hər iki ölkənin dövlət başçılarının münasibətləri dərinləşdirmək üçün əzm və iradəsi bütün sahələrə müsbət təsir göstərib və hazırda biz Azərbaycan və İran rəsmilərinin müntəzəm qarşılıqlı səfərlərinin şahidiyik. Bu səfərlərin hər biri ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərinin araşdırılması, eləcə də iqtisadi fəaliyyətlərin və müştərək layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətlidir”.
Şöbə müdiri qeyd edib ki, hazırda İran-Azərbaycan əlaqələrində heç bir məhdudiyyət yoxdur və iki ölkənin əməkdaşlığı bütün sahələri əhatə edir.
Novruz Məmmədov Azərbaycanın dost və qonşu ölkə kimi İrana yönəlik hər cür təhdid və təhlükələrə qarşı olduğunu bildirməklə aydın və birmənalı mövqe tutduğunu vurğulayaraq diqqətə çatdırıb ki, bu siyasət bu gün də davam edir.
Prezident Administrasiyasının rəsmisi müsahibəsinin bir hissəsində İŞİD kimi terrorçu qruplaşmaların fəaliyyəti nəticəsində Orta Şərqdə yaranmış gərginlik və böhrandan bəhs edərək, bu cür hallara qarşı təsirli mübarizə üçün region dövlətlərinin vahid mövqedən çıxış etməsinin səmərəli olacağını bildirib və əlavə edib ki, Azərbaycan ilə İran bu sahədə də əməkdaşlıq edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10