Azərbaycanda güclü partlayışı qarşısı son anda alınıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gədəbəy rayonu, Qarıkənd kəndində 1 ədəd elektrik dirəyi və yaxınlıqda vətəndaşa məxsus yanacaq doldurma məntəqəsində həcmi 22 ton olan yanacaq çənininə quraşdırılmış boru xəttinin üstünə çəkilmiş parça yanıb.

Çənlər yanğından mühafizə olunub. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az