[ 16 Mart 2015 16:22 ]


“Sərnişin sıxlığı müşahidə olunacağı günlərdə xəttə 200-dən artıq əlavə nəqliyyat vasitəsi çıxarılacaq”

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejimində işləyəcək.

 

Bunu “APA-Economics”ə Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib.

 

M. Abdullayevin sözlərinə görə, gücləndirilmiş iş rejiminə mart ayının 16-da keçiləcək və 28 mart tarixinə kimi davam edəcək.

 

“Sərnişin sıxlığı müşahidə olunacağı günlərdə xəttə 200-dən artıq əlavə nəqliyyat vasitəsi çıxarılacaq”, - deyə M. Abdullayev bidlrib.

 

Qurum rəsmisinin sözlərinə görə, adi günlərdə Bakı Beynəlxalq Avtovağzalından 7 500 - 9 000 sərnişin yola salınırdısa, bayram ərəfəsində 600-dən artıq nəqliyyat vasitəsinin yola salınması və 15 000-ə qədər sərnişin daşınması nəzərdə tutulur.