Rusiya prezidenti Vladimir Putin səhhəti barədə yayılan şayiələrə aydınlıq gətirib. "Dedi qodusuz maraqsız olur".

ANS PRESS-in məlumatına görə, bunu Qırğızıstan prezidenti Almazbek Atambeyovla görüşündə Putin deyib.

Qırğızıstanın dövlət başçısı da Putin barədə yayılan xəbərlərdən danışıb. O, deyib ki, V.Putin nəinki gəzir, o hətta sükan arxasında maşın qovur.

Xatırladaq ki, Rusiya lideri martın 5-dən ictimaiyyət arasında görünmürdü. Bu isə onun səhhətində problemlər yaranması barədə xəbərlərin yayaılmasına səbəb olmuşdu.



Mənbə
ANS PRESS