İraqda "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə ordu və könüllülərin döyüşləri zamanı ölkənin mərhum prezidenti, asılaraq edam olunmuş Səddam Hüseynin məqbərəsi darmadağın olub.
 
Məqbərə Səddam Hüseynin doğma şəhəri Tikritdə idi.
Milli.Az The Guardian-a istinadən bildirir ki, S.Hüseynin məqbərəsindən qalan indi sadəcə, bir neçə sütundur.
 
"Bu məqbərənin yerləşdiyi rayonda İŞİD terrorçuları xüsusi inadla müdafiə olunurdular. Onlar məqbərəni və oraya aparan yolların hamısını minalamışdılar. Hücumumuz başlayanda da terrorçular məqbərəni partlatdılar", - şiə könüllülərinin dəstələrindən birinin kapitanı Yasir Numa deyib.
 
Yerli sünnilər isə deyirlər ki, İŞİD-in məqbərəni partladacağına şübhə etməyən sakinlər hələ ötən ilin sonlarında Səddam Hüseynin nəşini məqbərədən çıxararaq başqa yerdə dəfn ediblər.
 
Səddam Hüseynin məqbərəsi İraqda onun tərəfdarlarının ziyarətgahına çevrilmişdi.
İŞİD ötən ilin iyun ayında Tikriti ələ keçirmişdi.
 
İndisə şəhər terrorçulardan faktiki olaraq azad edilib.
 
Milli.Az
 



Videonu izləmək üçün şəklə klikləyin.
фото