Ağsu şəhəri ərazisindən odlu silah və vasitələri tapılıb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindən nömrəsi silinmiş “AKS” markalı silah, “Mauzer” markalı tapança, 32 ədəd müxtəlif çaplı patron və 4 ədəd patron darağı tapılıb.

Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az