Bakıda Tərtər rayon sakinindən silah-sursat götürülüb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları paytaxtın Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini İldırım Həsənovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb.


Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS